Milli Məclisin üzvü Tahir Rzayev bu günlərdə bələdiyyələri fəaliyyətsizlikdə qınayıb.
Modern.az saytına açıqlamsında millət vəkili bildirib ki, Azərbaycanda bələdiyyələr qanunun onlara verdiyi imkanlardan aşağı işləyirlər. “ Yaxşı işləyən bələdiyyələrimiz də var. Amma onların içərisində pisləri daha çoxdur.”
Millət vəkilinın bu çıxışı bələdiyyə üzvləri tərəfindən birmənalı qarşılanmayıb.
şəmkir rayon Çinarlı bələdiyyəsinin sədri Arzu Qafarov bildirib ki, Azərbaycanda bələdiyyə sisteminin yaşı azdir. Bələdiyyələri tənqid etməkdənsə onlara kömək etmək lazımdır:
Bələdiyyə sədri qeyd edib: “Bələdiyyə budcəsinə gələn əmlak vergisində olan bir güzəştə toxunmaq istəyirəm. Təqaüdçülərə 30 manat güzəşt tətbiq edilir. Bu isə o demekdir ki əmlak vergisini alma. Çünkü ortalama evlər 100 kv.m-dən hesab etsək bununda 30 kv.m güzəşt, qalan 70 kv.m-i vursaq 10 qəpiyə cəmi 7 manat edir.
Maraqlıdır niyə bu güzəştlər yalnız bələdiyyədə olur .Bəlkə işıq və qazda da olsun. Qeyd edim ki, iki evdən biri pensiyaçinın adınadır. Mehmanxana, dayanacaq və reklam vergiləri hər bələdiyyə ərazisində yoxdur. Ancaq şəhərə aiddir. Gəlin bələdiyyələrin fəaliyyətinə kömək edək. Bələdiyyədə işləyənlər də şəxsən mən özumdə Azərbaycan dövlətinin güclənməsində və onun sosial-iqtisadi vəziyyətinin güclənməsində fəal iştirak edir və Möhtərəm Prezidentimizin daima yanındayıq. Gəlin dağıtmayaq qurub-yaradaq.
Xətai bələdiyyəsinin üzvü Sabina Abdullayeva isə bildirib ki, Tahir müəllimin məktəb və bagçalarla təklifi dəstəkləyirəm. Bələdiyyələrin nəzdində gələcəkdə belə müəssisələr yaradılsa, yerli sakinlər uçun cox yaxsı olar. Münasib qiymətlə usaqların bağça ilə təminatı rahatlasar.
Belediyye.info